“Kəpəz” klubu Premyer Liqanın startına az qalmış daha bir transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, bölgə klubu Amadou Cisslə anlaşıb.
26 yaşlı legioner cinah yarımmüdafiəçisidir. Seneqallı futbolçu son mövsümü "Adanaspor"da keçirib.
Qeyd edək ki, oyunçu daha əvvəl Kipr, Fransa və Niderlandda legioner həyatı yaşayıb. Cissi ölkəsinin gənclər millisində də forma geyinib. O, karyerası ərzində meydana çıxdığı 181 matçda 25 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media