Samir Abasov: “Demək olar ki, bütün komandanı dəyişdik”

"Neftçi"nin baş məşqçisi Samir Abasov brifinq keçirib.

Bizim.Media xəbər verir ki, mütəxəssis "ağ-qaralar"ın yeni mövsümə hazırlığını dəyərləndirib, komandanın hədəflərindən danışıb:

- "Neftçi" son vəziyyət necədir?

- Vəziyyətimiz yaxşıdır, yaxşı məşqlər etmişik. Hazırlığımız yüksək səviyyədə keçib. Düzdür, yoxlama oyunları başqa, çempionatın təzyiqi başqadır. Bunu anlayırıq. Düşünürəm ki, çempionata yaxşı başlayacağıq.- Cenk Sümer bildirdi ki, çempionluğa namizədlərdən biri də "Neftçi"dir. Sizcə, komanda buna hazırdır?

- "Neftçi"nin adına görə oynayacağıq. Bu həvəslə oynasaq, mövsümün sonunda istədiyimiz hədəfə çatacağıq.- Yeni oyunçular "Neftçi"də istəniləni verə biləcək?

- Digər komandalarla müqayisə aparanda görərik ki, problem yaşaya biləcək vəziyyətdə olan bizik. Həddindən artıq dəyişikliklər etdik. Demək olar ki, bütün komandanı dəyişdik. Bu da əlbəttə ki, təsirsiz ötüşməyəcək. Ümid edirik ki, hər şey yaxşı olacaq. Kimsə uyğunlaşma dövrünü tez keçə bilər, kimdəsə yubana bilər. Bu baxımdan risk zonasındayıq. Gətirdiyimiz futbolçular keyfiyyətli və səviyyəlidirlər. İnanıram ki, gücümüzə güc qatacaqlar.- Üç komanda ev oyunlarını Şamaxıda süni örtüklü meydançada keçirəcək.

- Bu məqam sizi narahat edir?

- Bəli, çox narahat edir. İkinci turda biz Şamaxıya gedəcəyik. Süni örtüklü meydançalar ideal vəziyyətdə deyil. Hətta deyərdim ki, bərbad vəziyyətdədir. Həmişə belə meydançalarda oynayanda 2-3 futbolçu sıradan çıxır. Əlbəttə ki, qorxuruq. Amma edə biləcək bir şeyimiz yoxdur. Oynamağa məcburuq.- Daha bir mərkəz müdafiəçisi transfer etməyi planlaşdırırsız?

- Transfer işlərimiz hələ də davam edir. Tək müdafiənin mərkəzinə yox, digər mövqelərə də baxırıq. Bizdə struktur elə qurulub ki, transferlə bağlı daim iş gedir. Axtarışdayıq, danışırıq. Görək nə olur.- Ramil Şeydayevdən bu mövsüm nə gözləyirsiz?

- Bu gün kiminsə gedişi bizim üçün gündəmdə deyil. Hamısı bizimlə məşq edir. Təlim-məşq toplanışından təzə gəlmişik. Əminəm ki, hamısının durumu yaxşıdır.- 2020/2021 mövsümündə çempion etdiyiniz komanda ilə indiki heyəti müqayisə edəndə, sizcə, hansı daha güclüdür?

- Çətin sualdır. Bu heyətlə ən yaxşısını etməyə çalışacağıq.- Növbəti mövsümdə qapıda kimə şans verəcəksiz?

- Qapı xəttində yaxşı rəqabət yarada bilmişik. Emil Balayev təcrübəli oyunçudur, millinin üzvü olub. Həmçinin Rza Cəfərov bu gün millinin qapıçısıdır. Yeni transfer etdiyimiz Kenan Piriç də yaxşı qolkiperdir. Kimin mütəmadi heyətdə olacağını çempionat göstərəcək.- Hansı mövqedə rəqabətsizlikdən əziyyət çəkirsiz?

- Belə bir mövqe yoxdur. Amma elə mövqelər də var ki, oranı yaxşı doldurmalıyıq.- Hücumçu mövqeyi ola bilər?

- 2-3 mövqe var. Desəm, agentlər telefonda oyunçular məsləhət görəcəklər.- İmad Farajın durumu necədir?

- Onu transfer edəndə hansı vəziyyətdə olduğunu bilirdik. Yüngül zədəsi var idi. Bizə Polşada qoşuldu. Artıq indi tam məşq edə biləcək formadadır. Qarşıdakı oyunlarda onu meydanda görəcəyik.- Bu mövsüm "Neftçi"də kapitan kim olacaq?

- 1-ci oyunda görəcəyik.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Niyə Balaəli 500 minlik maşın sürməsin ki?"

"Niyə Balaəli 500 minlik maşın sürməsin ki?"

İran İsrail şəhərlərini yenidən raket atəşinə tutdu – VİDEO

İran İsrail şəhərlərini yenidən raket atəşinə tutdu – VİDEO

5 ən pis soyuducu markası - 2026-cı ilin anti-reytinqi

5 ən pis soyuducu markası - 2026-cı ilin anti-reytinqi

Kim Çen İn qızı ilə birgə tank sürdü – FOTO

Kim Çen İn qızı ilə birgə tank sürdü – FOTO

Alena Əliyeva: “Ramazan bayramı sevinc, mərhəmət və birlik gətirsin” – FOTO

Alena Əliyeva: “Ramazan bayramı sevinc, mərhəmət və birlik gətirsin” – FOTO

The Hill: “907-ci düzəlişi ləğv etməyin vaxtıdır”

The Hill: “907-ci düzəlişi ləğv etməyin vaxtıdır”

Netanyahu: “İrana qurudan əməliyyat başlaya bilər” – VİDEO

Netanyahu: “İrana qurudan əməliyyat başlaya bilər” – VİDEO

Şimal bölgəsinin məscidlərində bayram namazı qılındı – FOTO/VİDEO

Şimal bölgəsinin məscidlərində bayram namazı qılındı – FOTO/VİDEO

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

İsmayıllıdakı ağır qəzada xəsarət alanların SON DURUMU

ABŞ Yaxın Şərqə əlavə qüvvələr GÖNDƏRİR

ABŞ Yaxın Şərqə əlavə qüvvələr GÖNDƏRİR

Azərbaycan nefti daha da BAHALAŞDI

Azərbaycan nefti daha da BAHALAŞDI

Bu ölkədə balıq yemək qadağan edildi

Bu ölkədə balıq yemək qadağan edildi

Allahşükür Paşazadədən Yaxın Şərqdəki savaşla bağlı ÇAĞIRIŞ

Allahşükür Paşazadədən Yaxın Şərqdəki savaşla bağlı ÇAĞIRIŞ

Çak Norris xəstəxanaya YERLƏŞDİRİLDİ

Çak Norris xəstəxanaya YERLƏŞDİRİLDİ

Neft bahalaşması ölkəmizə nə qədər əlavə qazanc gətirdi?

Neft bahalaşması ölkəmizə nə qədər əlavə qazanc gətirdi?

Dolma bişirərkən suyuna nə əlavə edilməlidir?

Dolma bişirərkən suyuna nə əlavə edilməlidir?

Gəncədə İNSİDENT – Özündən 12 yaş böyük şəxsi bıçaqlayan gənc SAXLANILDI

Gəncədə İNSİDENT – Özündən 12 yaş böyük şəxsi bıçaqlayan gənc SAXLANILDI

Novruz gülüşləri – Paytaxt sakinləri ən yaddaqalan Novruz xatirələrindən danışdı – VİDEOSORĞU

Novruz gülüşləri – Paytaxt sakinləri ən yaddaqalan Novruz xatirələrindən danışdı – VİDEOSORĞU

İsmayıllıda AĞIR QƏZA – Ölən və yaralılar var – FOTO

İsmayıllıda AĞIR QƏZA – Ölən və yaralılar var – FOTO

Sular çəkildi, 2400 illik bir sirr ortaya çıxdı

Sular çəkildi, 2400 illik bir sirr ortaya çıxdı

Bakıda bayram namazı qılındı – FOTO/VİDEO

Bakıda bayram namazı qılındı – FOTO/VİDEO

ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır - Səfirlik məlumat yaydı

ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır - Səfirlik məlumat yaydı

Azərbaycanda Novruz bayramı ilə bağlı ənənə dəyişdi – SƏBƏB

Azərbaycanda Novruz bayramı ilə bağlı ənənə dəyişdi – SƏBƏB

Əməkdar artist vəfat etdi – FOTO

Əməkdar artist vəfat etdi – FOTO

End of content

No more pages to load

RADİO