“Neftçi” basketbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, paytaxt klubunu bundan sonra Vitaliy Stepanovski çalışdıracaq.
Ukraynalı mütəxəxsislə 1 illik müqavilə imzalanıb. Təcrübəli mütəxəssisin son klubu Estoniyanın “Parna” komandası olub.
Bundan başqa o, bir müddət Ukrayna millisinin baş məşqçisi kimi çalışıb.
Qeyd edək ki, “Neftçi” bu mövsüm ölkəmizi FİBA Avropa Kubokunda təmsil edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media