"Ola bilər ki, məğlubiyyət də bizə sərf etsin" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda keçiriləcək "Şelburn"a qarşı matçdan danışıb.

Bizim.Media xəbər verir ki, o, matçdan öncə keçirilən mətbuat konfransında deyib:

- Çox yaxşı bir komandaya qarşı oynayırıq. Bu komanda haqqında ancaq xoş sözlər demək olar. Çünki bu komandanın oyununu həm də canlı izlədim. Özünəxas oyun üslubu və bunu düzgün yerinə yetirən futbolçuları var. Çox intizamlı və fiziki cəhətdən yaxşı olan oyunçuları var. Rəqibin oyun təcrübəsi bizdən biraz yuxarıdır.

Çünki onlar həm çempionatlarında oyunlarını davam etdirirlər, həm də artıq Çempionlar Liqasının təsnifat mərhələsində 2 oyun keçiriblər. Ona görə idman forması baxanda, böyük ehtimal, bizdən daha yaxşı durumdadırlar. Hər bir halda rəqibi yaxından tanımağa çalışmışıq. Sabahkı oyunda mütləq çalışmalıyıq ki, səhvsiz oynayaq. İnanıram ki, ən azından azarkeşlər üçün maraqlı oyun olacaq. Baxmayaraq ki, azarkeşlərin sayı burada azdır, amma sanki 10-15 minlik stadionda oynayırsan. Çünki onların azarkeşlərinin sayı az olsa da, istəklərini Belfastda canlı gördüm.

- Təhlükəni daha çox nədən gözləyirsiniz?

- Çox istəklidirlər. Həmçinin öz oyun sistemlərini düzgün yerinə yetirirlər: həm sürətli əks-hücumları, həm də mövqelərində hücuma yaxşı hazırlaşan komandadır. Standart vəziyyətlərdə də təhlükəlidirlər. Ümumi olaraq hər elementdə təhlükəlidirlər. Buna görə də mən dedim ki, sabah biz çalışmalıyıq, az səhv edək. Öz bacarığını üzə çıxaran və bir-birini yaxşı tanıyan kollektivdir.

- "Qarabağ" Avropada böyük təcrübəyə malikdir, uzun illərdir ardıcıl olaraq qrup mərhələsində iştirak edir. Bunun sirri nədir?

- Sirr deməzdim, sadəcə klub öz işinə çox ciddi yanaşır. Rəhbərlik səviyyəsində elə iş qurulub ki, hər il ən azından uğur qorunub saxlanılmalıdır deyə bir prinsip var. Həmişə çalışmışıq ki, istəkli kollektivimiz olsun. Bəzi dəyişikliklərə baxmayaraq, bunu qoruya bilmişik. Əfsuslar olsun ki, problemlər hər il olur. Bəzən düşündüyümüz nəticələri əldə edə bilmirik. Amma bəli, 11 il qruplarda oynamağı böyük uğur sayırıq. Amma bəzən düşündüyün kimi alınmır.

- Bir neçə il əvvəl İrlandiyada "Dandolk"la qarşılaşma var idi. Həmin matçda heç-heçə qeydə alınımışdı və Bakıda qələbə qazanaraq mərhələni keçmişdiniz. Sabah da heç-heçə qeydə alınsa, buna necə yanaşarsınız?
 

- Ola bilər ki, minimal hesablı məğlubiyyət də bizə sərf etsin. Çünki ikinci oyuna daha yaxşı hazırlaşmaq imkanımız olacaq. Amma dediyim kimi, bizi çox istəkli və intizamlı komandaya qarşı oyun gözləyir. Ona görə yox ki, rəqibə tərif verirəm. Onlar bunu haqq edirlər. Bir-birilərini tamamlayan futbolçuları var.


Əsas da öz stadionlarında, azarkeşləri qarşısında çox alışıb yanan kollektivdir. Ona görə bu stadionda oynamaq heç də asan deyil. Bu gün bu kollektiv istənilən komandaya qarşı oynamağa bacardığını göstərir. Onlar həm fiziki, həm texniki, həm də sistem baxımından keyfiyyətlidirlər. Ona görə də sabahkı oyunda hər bir nəticə ola bilər. Əvvəlcədən bir şey deyə bilmərik. Ola bilər, bizə bərabərlik, ya qalibiyyət sərf etsin. Ya da minimal hesablı məğlubiyyət. Hər bir halda qalib cavab oyununda bilinəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

İran yenə İsrailə raket atdı

İran yenə İsrailə raket atdı

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

Rusiyada azərbaycanlı iş adamının aktivləri müsadirə edildi

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Polşa qoşunlarını İraqdan çıxartdı

Polşa qoşunlarını İraqdan çıxartdı

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Valverde “Atletik”dən ayrılacaq

Valverde “Atletik”dən ayrılacaq

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

FİFA İsraili cərimələdi

FİFA İsraili cərimələdi

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Çak Norris VƏFAT ETDİ

Çak Norris VƏFAT ETDİ

Bakıda ağır qəza: BMW yandı - FOTO

Bakıda ağır qəza: BMW yandı - FOTO

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO