Azərbaycan Güləş Federasiyasının rəsmisi ermənilərin iddialarını YALANLADI

Ermənilər iddia edirlər ki, iranlı güləşçi İrəvanla Bakı arasında seçim edir.

"İranlı güləşçi əvvəlcə İrəvana gedib, sonra isə Bakıya yollanıb".

Bizim.Media xəbər verir bu barədə Ermənistanın "Sportball24" portalı məlumat yayıb.

"Planetin ən perspektivli güləşçilərindən biri Əmirreza Məsumi Bakıda məşq zamanı görüntülənib.

Məsumi sosial şəbəkə hesabında əvvəlcə İrəvandan, sonra isə Bakıdan fotolar yerləşdirib. Bundan başqa, internetdə iranlının Azərbaycan millisinin düşərgəsindəki məşqinin fotosu yayılıb. Bu, asiyalı dünya çempionu ilə Azərbaycan Güləş Federasiyası arasında danışıqların müsbət yekunlaşdığını göstərir.
 

Bundan əvvəl İran Güləş Federasiyasının rəhbəri Məsumini tənqid edib və onu milli komandanın heyətindən uzaqlaşdırıb. Güləşçinin əvvəlcə Ermənistan Güləş Federasiyası ilə əlaqə saxlamasına baxmayaraq, Azərbaycanın Məsuminin yeni idman vətəninə çevrilməsi tamamilə mümkündür".


Mövzu ilə bağlı oxu.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev isə bildirib ki, istənilən idmançı ölkəmizə gələrək burada məşqlərə qatılma haqqına sahibdir.

"Azərbaycanda güləşçilərin məşq etməsi üçün yaxşı şərait yaradılıb. Dünyanın bir çox ölkələrindən də buraya titullu və ulduz idmançılar gəlib məşq edirlər. Bu da normal prosesdir. Əmirreza Məsumi də bu səbəbdən burada məşqlər edir. Qaldı ki, Ermənistan mediasının səsləndirdiyi fikirlər tamamilə əsassızdır. 

Hazırda güləşçinin İrəvanla Bakı arasında seçim qarşısında qalması xəbəri doğru deyil. Güləşçinin bizim milliyə dəvət olunması isə gündəm mövzusu belə deyil.

Məsələ ilə bağlı rəsmi bir şey olarsa, Azərbaycan Güləş Federasiyası bununla bağlı ictimaiyyətə açıqlama verəcək", - deyə S.Musayev bildirib.

Qeyd edək ki, Əmirreza Məsuminin U-17, U-20 və U-23 yaş kateqoriyalarında dünya çempionatında altı medalı var. O, həmçinin 2025-ci ilin Asiya Çempionu və Zaqrebdə (2025) keçirilən reytinq turnirinin qalibidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

İsveçrə ABŞ-a silah tədarükünü dayandırdı

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Ağdaşda avtomobil aşdı: 1 ölü, 1 yaralı var

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

Balıq alarkən DİQQƏTLİ OLUN - VİDEO

İnsan ömrü 200 ilə qədər uzana bilər

İnsan ömrü 200 ilə qədər uzana bilər

Faiq Hüseynov vəfat etdi

Faiq Hüseynov vəfat etdi

Çexiyada İsrailin silah zavodu yandırıldı

Çexiyada İsrailin silah zavodu yandırıldı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Türkiyədə silahlı insident: Gənc futbolçu öldürüldü, müğənni saxlanıldı

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Rusiya İranı ABŞ-a satdı, əvəzində Ukraynanı istəyir - İDDİA

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Təbrizə zərbələr: 13 "Bəsic" üzvü öldürüldü - FOTO

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Dövlət qulluğunda yeni ƏMƏKHAQQI MODELİ - İslahatların mahiyyəti və beynəlxalq təcrübə

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Arda Gülerdən Kənan Yıldıza: Avropada türk fırtınası - FOTO

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Tramp: “İranla savaşı elə bu saat bitirərəm, amma...”

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Putinin dostundan ŞOK AÇIQLAMA: ABŞ və İsrail uduzacaq

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Ukraynada bu il prezident seçkiləri keçiriləcəkmi? - RƏSMİ CAVAB

Kamran Əliyevə AĞIR İTKİ

Kamran Əliyevə AĞIR İTKİ

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

"Neftçi" "İmişli"ni darmadağın etdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

Leyla Əliyevadan Ramazan bayramı paylaşımı - VIDEO

End of content

No more pages to load

RADİO