Baş məşqçi Saşa İliçin gəlişindən sonra transfer fəaliyyətini gücləndirən “Sumqayıt”ın maraqlandığı legionerlərdən birinin adı məlum olub.
Bizim.Media xəbər verir ki, “kimyaçılar” serbiyalı hücumçu Oqnen Ojeqoviçlə danışıq aparır.
31 yaşlı forvard hazırda Rusiyanın “Pari Nijnı Novqorod” klubunda çıxış edir. Saşa İliç bu klubda işləyərkən onun ən çox güvəndiyi futbolçulardan olan Ojeqoviçi “Sumqayıt”a gətirmək istəyir.
Hazırda futbolçunun özü və klubu ilə danışıqlar davam edir.
Rəşad Rafiqoğlu, Bizim.Media