Transfer bazarında ən fəal klubumuz olan “Neftçi”nin danışıq aparıdığı daha iki futbolçunun adı məlum olub.
Bizim.Media xəbər verir ki, söhbət “Sumqayıt”ın üzvləri Elvin Bədəlov və Murad Xaçayevdən gedir.
Baş məşqçi Samir Abasovun yaxından tanıdığı futbolçularla artıq ilkin danışıqlar olub. Əgər tərəflər razılığa gəlsələr, yaxın günlərdə onlarla rəsmi müqavilə imzalanacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media