Bu gün UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə Almaniya millisi Portuqaliya seçməsi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, finala yüksələn növbəti komandanın adına iyun ayının 5-də aydınlıq gətiriləcək. Yarımfinalın son matçında İspaniya Fransa ilə qarşılaşacaq.
4 iyun
UEFA Millətlər Liqası
Yarımfinal
Saat 23:00, Almaniya - Portuqaliya.
Bizim.Media