“Latsio”nun yeni baş məşqçisi açıqlanıb.
Bizim.Media xəbər verir ki, komandanın sükanı Mauritsio Sarriyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, bu postda Marko Baronini əvəzləyib.
Sarri daha əvvəl “Çelsi”, “Yuventus”, “Napoli” kimi klublarda da işləyib. Mütəxəssis 2021-ci ilin yayından 2024-cü ilin martına kimi “Latsio”ya rəhbərlik edib. Sarri paytaxt klubundan ayrılandan sonra işsiz idi.
Rəşad Rafiqoğlu, Bizim.Media