“Sabah” klubunda baş məşqçi Vasili Berezutskinin taleyinə aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, kluba tarixində ilk dəfə ölkə kubokunu qazandıran mütəxəssis komandada qalacaq.
Mövsümün sonunda müqaviləsi başa çatan Berezutski ilə artıq razılıq əldə olunub. Yaxın günlərdə rusiyalı ilə yeni müqavilə imzalanacaq.
Qeyd edək ki, Vasili Berezutski ötən ilin noyabrından “Sabah”da çalışır.
Rəşad Rafiqoğlu, Bizim.Media