“Milan”ın futbolçusu Davide Kalabriya karyerasını Türkiyədə davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, “Qalatasaray” cinah müdafiəçisinin xidmətində maraqlıdır. Bu barədə “Relevo” nəşri məlumat yayıb.
Kalabriya hazırda “Bolonya”da icarədədir. Onun “Milan”la müqaviləsi isə mövsümün sonunda başa çatır. “Bolonya” müdafiəçini komandada saxlamaq istəyir.
Kalabriya bu mövsüm 26 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Rəşad Rafiqoğlu, Bizim.Media