Leverkuzen "Bayer"i Erik Ten Haqla danışıqlar aparır.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Almaniya klubunun rəhbərliyi bu həftə niderlandlı mütəxəssislə əlaqəyə çıxıb. O isə tamamilə mövcud olduğunu bildirib.
Qeyd edək ki, Erik Ten Haq ötən ilin oktyabrında "Mançester Yunayted"dən ayrılıb.
Xatırladaq ki, daha öncə "Bayer"in baş məşqçisi Xabi Alonso mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı.
Bizim.Media