“Sumqayıt” klubu daha bir futbolçu ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, söhbət komandanın montoneqrolu legioneri Miloş Miloviçdən gedir.
Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Sumqayıt” çempionatın finişinə bir tur qalmış futbolçunun vətəninə yollanıb zədəsini sağaltmasına da şərait yaradıb.
Qeyd edək ki, bu mövsüm “Sumqayıt”ın heyətində 17 oyunda meydana çıxan Miloviçin müqaviləsi mövsümün sonunda başa çatır.
Rəşad Rafiqoğlu, Bizim.Media