“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldovaya yollanacaq.
Bizim.Media xəbər verir ki, Avram Moldova milli komandasına dəvət edilib.
O, baş məşqçi Sergey Kleşenkonun 27 futbolçudan ibarət komandasına cəlb olunub.
Kristian Polşa ilə yoldaşlıq görüşündə (6 iyun) və DÇ-2026-nın seçmə mərhələsində İtaliya ilə (9 iyun) oynamaq şansı qazana bilər.
Rəşad Rafiqoğlu, Bizim.Media