“Araz-Naxçıvan” yayda heyətini gücləndirməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, Naxçıvan təmsilçisi avrokuboklara vəsiqəni rəsmiləşdirəcəyi təqdirdə, artıq heyətlə bağlı müəyyən addımlar atacaq.
Bölgə klubunun istədiyi oyunçulardan biri də Alan Kariusdur.
Bu yay isə Kariusun “Araz-Naxçıvan”a keçidi baş tuta bilər. Mövsüm başa çatdıqdan sonra 28 yaşlı futbolçunun bu komandaya keçib-keçməyəcəyi dəqiqləşəcək.
Qeyd edək ki, 2024-cü il iyulun 18-dən “Əl-Adalah” klubunda oynayan Alanın müqavilə müddəti iyulun 5-də başa çatacaq. O, karyerası ərzində “Volta-Redonda”, “Vila Nova”, “Sankt-Polten”, “Kasımpaşa”, “Tuzlaspor”, “Kioto Sanqa” klublarında çıxış edib.
Bizim.Media