Bu gün Misli Premyer Liqasında XXXII tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
Yeganə qarşılaşma Tovuz şəhər stadionunda keçirilib. "Şamaxı" "Turan Tovuz"un qonağı olub. Qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmayıb.
Fasilədən sonra komandalar iki dəqiqəyə hərəyə bir dəfə fərqləniblər. Oyun 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, tura aprelin 28-də yekun vurulacaq.
Misli Premyer Liqası
XXXII tur
25 aprel (cümə)
19:00. "Turan Tovuz" – "Şamaxı" - 1:1
Qollar: Kauan Martins, 54 - Brahimi Konate, 56
Rəşad Rafiqoğlu, Bizim.Media