Avropa çempionatı: Cüdoçularımızdan 4-cü MEDAL

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, bu gün Azərbaycanın daha beş cüdoçusu mübarizəyə qoşulub.

Zelim Tçkayev (81 kq) 1/16 finalda Orelyen Bonferroni (İsveçrə) ilə güləşib. Qələbə qazanan cüdoçumuz ardınca Dorin Qotonoaqa (Moldova) və Antonio Esposito (İtaliya) ilə duellərdən qalib ayrılıb. O, yarımfinalda Tato Qriqalaşvili (Gürcüstan) ilə bacarmayıb. Tçkayev bürünc medal uğrunda Petru Pelivanla (Moldova) üz-üzə gəlib.

İdmançımız rəqibini məğlub edərək bürünc medalın sahibi olub. Bu, ölkəmiz üçün sözügedən çempionatda üçüncü uğurdur.

Ömər Rəcəbli (81 kq) 1/16 finalda Eetu İhanamakini (Finlandiya) məğlub edib.

Murad Fətiyev (90 kq) 1/16 finalda Aleksandr Sidoriklə (IJF) qarşılaşıb və inamlı qələbə qazanıb. Yığma üzvü 1/8 finalda İslam Soqenovla (Serbiya) münasibətinə aydınlıq gətirib.

Rəqibini məğlub edən Fətiyev növbəti görüşündə Luka Maysuradzeni (Gürcüstan) də üstələyib.

O, yarımfinalda Kristian Parlati (İtaliya) ilə görüşdə uğurlu seriyanı davam etdirə bilməyib.

Məğlub olan cüdoçumuz bürünc medal uğrunda Aleksis Matye (Fransa) ilə yarışıb. Fətiyev də rəqibini məğlub edərək növbəti bürünc medalçımız olub. Beləliklə, ölkəmiz turnirdəki medalların sayını dördə çatdırıb.

Qadınların yarışında Günel Həsənli (70 kq) 1/32 finalda Anna Oleynik-Korniyenkoya (Ukrayna), Südabə Ağayeva (70 kq) isə Adelina Novitskiyə (İsrail) uduzub.

Qeyd edək ki, yarışda hələlik Əhməd Yusifovla (60 kq) Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 27-də yekun vurulacaq.

Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.

Əlavə edək ki, Azərbaycan yığması Avropa çempionatında həm fərdi idmançılarla, həm də komandalar üzrə mübarizə aparır. Ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 9-u kişi, 6-sı qadın olmaqla 15 cüdoçu təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Laricaninin yeri belə “müəyyən edilib”

Laricaninin yeri belə “müəyyən edilib”

Emin Mahmudov Qurban Qurbanova çatdı

Emin Mahmudov Qurban Qurbanova çatdı

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Fridrix Merts Trampla razılığa gəldi

Fridrix Merts Trampla razılığa gəldi

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

End of content

No more pages to load

RADİO