UEFA Çempionlar Liqasında əlavə vaxtı ləğv edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Almaniyanın “BİLD” nəşri yazıb.
Məlumata görə, əgər hər iki pley-off matçında qalib müəyyənləşməzsə, dərhal penaltilər seriyasına keçiləcək.
Təşkilat eyni ölkənin klublarının 1/4 final mərhələsinə qədər bir-biri ilə düşməməsini də təmin edən qərar çıxaracaq.
Bu qərarlar UEFA-nın mayda keçiriləcək iclasında qəbul edilə bilər.
Bizim.Media