Azərbaycan Premyer Liqasında 32-ci tura sabah start veriləcək.
Bizim.Media xəbər verir ki, “Qarabağ” bu turda çempionluğunu rəsmiləşdirə bilər.
Bunun üçün Qurban Qurbanovun komandasının “Sabah”a qalib gəlməsi yetərlidir.
Aprelin 27-si saat 20:00-da başlayacaq görüşdə Ağdamlılar qələbə qazansa, ikinci pillədəki “Zirə”nin ona çatmayacağı dəqiqləşəcək.
Nəticədə “Qarabağ” çempionluğunu rəsmiləşdirəcək.
Bizim.Media