“Qarabağ” iki oyunçu ilə razılıq ƏLDƏ ETDİ

“Qarabağ” yeni mövsüm üçün heyətini formalaşdırmağa başlayıb. Ağdamlılar öncə öz oyunçularının taleyini müəyyənləşdirəcək, daha sonra yeni transferlər üçün addımlar atılacaq.

Bizim.Media xəbər verir ki, çempion ilk öncə Yassin Benzia problemini həll etməyə çalışır.

Səudiyyə Ərəbistanı və Qətərdən cəlbedici təklifləri olan əlcəzairli çox yüksək maaş tələb etsə də, rəhbərlik onunla ortaq məxrəcə gəlməyi bacarıb. Baş məşqçi Qurban Qurbanovun qalmasını istədiyi və yeni mövqedə uğurla oynatdığı 30 yaşlı legioner yeni müqavilə üçün razılıq verib.
 

Onunla yanaşı, Patrik Andrade də tezliklə rəsmi sözləşməyə imza atacaq. 32 yaşlı yarımmüdafiəçi daha bir il “Qarabağ”da çıxış etmək niyyətindədir.


Qurbanov Redon Cica, Marko Veşoviç və Fabian Buntiçin yola salınmasını lazım bilib. Markonun anlaşması bitirsə, Cica qarşıdakı mövsümdə də “Qarabağ”da oynamalıdır. Ağdamlılar alban hücumçu ilə müqaviləni qarşılıqlı razılaşma ilə pozmağı düşünür. İki illik müqaviləsi qalan Buntiç isə ya icarəyə veriləcək, ya da uyğun qiymətə satılacaq.

Heyətdəki digər futbolçuların hamısı saxlanacaq. Bundan sonra isə transferlərə start veriləcək. Ağdamlılar hazırda bir neçə legonerlə fəal danışıqlar aparır və yeni avrokubok mövsümünədək heyəti formalaşdırmaq istəyir.

Baş məşqçi Qurban Qurbanovun əsas tələbi stopper, hücumçu və yarımmüdafiəçi alınmasıdır. Mümkün olarsa, daha bir qapıçı və sol cinah vingeri də transfer edilə bilər

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Laricaninin yeri belə “müəyyən edilib”

Laricaninin yeri belə “müəyyən edilib”

Emin Mahmudov Qurban Qurbanova çatdı

Emin Mahmudov Qurban Qurbanova çatdı

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

End of content

No more pages to load

RADİO