"Barselona"nın müdafiəçisi Hektor Fort yayda komandadan ayrılmağa yaxındır.
Bizim.Media xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
"Barselona"nın baş məşqçisi Hans Diter-Flik 18 yaşlı futbolçunu növbəti mövsüm üçün heyətdə görmür. Ona görə də klub yayda gənc oyunçunu satmağa qərar verib.
Bu mövsüm Fort "Barselona"nın əsas komandası ilə cəmi 14 oyun keçirib.
Bizim.Media