Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, doğma meydanda "Bodrumspor"u qəbul edən Qalatasaray" 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Qalatasaray" 77 xalla liderliyini davam etdirir. Bununla da, “Qalatasaray” “Fənərbaxça” ilə xal fərqini yenidən 6-ya yüksəldib. "Bodrumspor" isə 34 xalla 14-cü pillədə qərarlaşıb.
Türkiyə Super Liqası
32-ci tur
"Qalatasaray" – "Bodrumspor" - 2:0
Qollar: L.Toreyra, 29, D.Sançes, 81
Rəşad Rafiqoğlu, Bizim.Media