Sumqayıtdakı "Polimer Socar Arena" təmirə bağlanıb.
Bizim.Media xəbər verir ki, bu stadionda "Sumqayıt" uzun illər ev oyunlarını keçirib.
Mehdi Hüseynzadə adına stadion yenidən qurulandan sonra komanda ora köçmüş, hazırkı stadiondan isə məşq xarakterli istifadə etməyə başlamışdı. Qeyd edək ki, təmir sırf qazonla bağlı aparılır, köhnə ot örtüyü yenisi ilə əvəzlənəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media