"Səbail"in futbolçusu Rüfət Abdullazadə bir neçə klubun transfer siyahısındadır.
Bizim.Media xəbər verir ki, bu siyahıda "Neftçi"nin adı xüsusi çəkilir. Ancaq Rüfətin sabiq klubu "Sumqayıt" da onu geri qaytarmaq istəyir.
Son qərarı isə futbolçu özü mövsümün sonunda verəcək. "Səbail"in böyük ehtimalla Premyer Liqanı tərk edəcəyini nəzərə alsaq, Rüfətin də klubu tərk edəcəyi də real görünür. Ancaq maliyyə məsələsi baxımından “Neftçi”nin Rüfət Abdullazadəni transfer etmək ehtimalı daha çoxdur.
Rəşad Rafiqoğlu, Bizim.Media