“Nürnberq” Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə müqavilənin müddətini uzatmaq istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb.
Məlumata görə, klubun idman direktoru Joti Chatzialexiou məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, 27 yaşlı hücumçu ilə müqavilənin uzadılması üçün danışıqlar aparılır.
Ötən yay II Bundesliqa təmsilçisinə keçən azərbaycanlı futbolçunun müqaviləsinin müddəti bu yay başa çatır. Onun Cənubi Koreya “Seul”una keçidi arxa plana keçib. Almaniya klubu Mahirlə daha uzun müddətli əməkdaşlıq arzulayır. Xatırladaq ki, Emreli bu mövsüm 19 oyuna 4 qol vurub, 1 qolun ötürməsini edib. O, Almaniya kubokunda da bir dəfə rəqib qapısına yol tapıb.
Rəşad Rafiqoğlu, Bizim.Media