Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev UFC-də debüt edəcək.
Bizim.Media xəbər verir ki, bunu “MMA Azerbaijan” açıqlayıb. Musayev ilk döyüşünü iyunun 21-də Bakıda keçiriləcək turnirdə keçirəcək.
35 yaşlı idmançının UFC-dəki ilk rəqibi hələ dəqiqləşməyib. Musayev son döyüşünü 2023-cü ilin noyabrında keçirib. O, həmin vaxt “Rizin” çərçivəsində yaponiyalı Kodji Takedaya 3-cü raundda nokautla qalib gəlib. Musayev MMA-da keçirdiyi 27 görüşdə 22 qələbə qazanıb və 5 dəfə uduzub.
Rəşad Rafiqoğlu, Bizim.Media