“Şamaxı” klubu “Neftçi”nin iki futbolçusuna təklif göndərib.
Bizim.Media xəbər verir ki, bu oyunçular Murad Məmmədov və Ağadadaş Salyanskidir.
“Şamaxı” hər iki gənc futbolçunu birillik icarəyə götürmək üçün paytaxt klubu ilə danışıqlara başlayıb. Növbəti mövsümdən legioner limitinin ləğv olunacağı və “Şamaxı”nın U-21-in baza komandası olacağı ilə əlaqədar adları çəkilən futbolçuların karyeralarını bölgə təmsilçisində davam etdirmələri xeyli real görünür.
Rəşad Rafiqoğlu, Bizim.Media