“Zirə”nin legioneri Ruan Renato gələcək karyerası ilə bağlı qərar qəbul edib. ə
Bizim.Media xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi qəsəbə təmsilçisində qalacaq.
Futbolçunun başqa təklifləri olmasına baxmayaraq o, “Zirə” ilə müqaviləsini artırmağı üstün sayıb.
Qeyd edək ki, 31 yaşlı Ruan Renato 2023-cü ildən “Zirə”nin şərəfini qoruyur.
Bizim.Media