“Qarabağ”ın zədəli olan qapıçısı Şahruddin Məhəmmədəliyevin son durumu açıqlanıb.
Bizim.Media xəbər verir ki, təcrübəli qolkiper daha 3 həftə Ağdam təmsilçisinə kömək edə bilməyəcək.
Bu hətta onun millimizin may ayında keçirəcəyi yoldaşlıq görüşlərində də meydana çıxmaq şanslarını azaldır.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev millimizin Haiti ilə keçirdiyi yoxlama oyununda zədələnmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media