“Zirə” klubu ciddi itki ilə üzləşib.
Bizim.Media xəbər verir ki, komandanın aparıcı oyunçularından biri olan David Volkov zədələnib.
Təcrübəli hücumçu Premyer Liqanın 30-cu turunda “Neftçi”yə qarşı oyunda sıradan çıxıb.
Klubdan verilən məlumata görə Volkov ən azı 3 həftə komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, “Neftçi” ilə oyunda qol müəllifi olan David Volkov 66-cı dəqiqədə zədə aldığı üçün əvəzlənib.
Bizim.Media