"Səbail" legioneri Suleyman Alluşu cərimələyib.
Bizim.Media xəbər verir ki, Premyer Liqanın 26-cı turunun “Zirə” ilə görüşündə təcavüzkar davranışına görə birbaşa qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyan və AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılan niderlandlı futbolçuya klub da cəza verib.
Belə ki, etdiyi hərəkətə və klubu çətin durumda qoyduğuna görə "Səbail" ona 3 min manat civarında cərimə kəsib.
Niderlandlının Misli Premyer Liqasının 31-ci turunun "Sabah" - "Səbail" matçında meydanda olacağı gözlənilir.
Bizim.Media