I Liqada çıxış edən "Baku Sportinq" rəhbərliyi klubun gələcəyi ilə bağlı vacib toplantı keçirir.
Bizim.Media xəbər verir ki, tədbirdə baş məşqçi və məşqçilər korpusu ilə bağlı qərarlar qəbul olunub.
Elman Sultanovla 2030-cu ilin mayına kimi müqavilə imzalanıb. Məşqçilər korpusu ilə də eyni şərtlərlə saziş bağlanıb.
Qeyd edək ki, I Liqada 21 turdan sonra "Baku Sportinq" 26 xalla 5-ci pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media