“Turan-Tovuz” futbol klubu yayda komandanın müdafiəçisi Araş Qaderi ilə yollarını ayırmağa çalışacaq.
Bizim.Media xəbər verir ki, tərəflər arasında gələn ilin yayına qədər müqavilə bağlanmasına baxmayaraq, Qurban Berdıyev futbolçunun oyunundan o qədər də razı deyil.
Məhz bu səbəbdən yayda klub iranlı futbolçunu göndərəcək. Qeyd edək ki, iranlı müdafiəçi bu mövsümün əvvəlində Tovuz klubuna cəlb edilib.
Rəşad Rafiqoğlu, Bizim.Media