"İnter Mayami"nin hücumçusu Luis Suares KONKAKAF Çempionlar Kubokunun 1/4 finalında "Los Anceles"lə keçirilən cavab matçında (3:1) etdiyi hərəkətlə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, uruqvaylı forvard komanda yoldaşı Jordi Albanın əlini dişləyib.
89-cu dəqiqədə iki komandanın futbolçuları arasında əlbəyaxa dava yaşanıb. Bu zaman Suares bilmədən Albanın əlini dişləyib.
Qeyd edək ki, L.Suares indiyədək bir neçə dəfə rəqib oyunçuları dişləyib. O, Otman Bakkal (2010), Branislav İvanoviç (2013) və Corco Kyellinini (2014) dişləyib.
Bizim.Media