Almaniya ikinci Bundesliqasında çıxış edən “Nürnberq”in şərəfini qoruyan Mahir Emreli karyerasını başqa klubda davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, ikinci bundesliqada çıxış edən digər komanda “Herta” millimizin üzvünə maraq göstərir.
Berlin təmsilçisi artıq yay fasiləsində Emrelini heyətə cəlb etmək istəyir.
Qeyd edək ki, Mahir Emrelinin müqaviləsindəki bəndə görə əgər “Nürnberq” Bundesliqaya vəsiqə qazana bilməsə, hücumçumuz avtomatik olaraq azad agent statusu alacaq.
Bizim.Media