AFFA İcraiyyə Komitəsinin iclasında nələr müzakirə olunub?

Aprelin 11-də “Baku Marriott Hotel Boulevard”da AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

İcraiyyə Komitəsi üzvləri Azərbaycan milli komandasının Haiti və Belarus yığmaları ilə yoldaşlıq oyunlarını dəyərləndiriblər. Onlar Azərbaycan milli komandasının oyununun və nəticələrinin qənaətbəxş olmadığını vurğulayıblar.

AFFA prezidenti Rövşən Nəcəf milli komandanın baş məşqçisi Fernandu Santuşla görüşdüyünü, onun qarşısına qoyulan hədəflərin dəyişilməz olaraq qaldığını qeyd edib.

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker İcraiyyə Komitəsinin toplantısında mövsümün gedişi barədə hesabat verib. O, Azərbaycan Premyer Liqası və ölkə kuboku uğrunda oyunlarda bəzi hakim səhvlərinin olduğunu etiraf edib.

Lakin çempionatın 28-ci turuna qədər hakimlərin meydanda VAR-ın köməyi olmadan 87 faizdən çox düzgün qərarlar qəbul etməsini yaxşı nəticə kimi qiymətləndirib. Frank De Bleker mövsümün sonuna doğru çempionatda oyunların daha gərgin keçəcəyini deyərək, hakimlərin buna hazır olmaları üçün əllərindən gələni edəcəklərini bildirib.

AFFA Hakimlər Komitəsinin sədri İcraiyyə Komitəsi üzvlərinin suallarını cavablandırıb, onların təkliflərini dinləyib.

AFFA İcraiyyə Komitəsi Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanovun müraciətinə baxıb. Futbolun İnkişafı Strategiyasına uyğun olaraq müraciətin detalları ilə bağlı təqdimatın hazırlanması AFFA Katibliyinə tapşırılıb.

Rəşad Rafiqoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Ən etibarlı alman avtomobilləri - SİYAHI

End of content

No more pages to load

RADİO