"Barselona"nın futbolçusu Rafinya komandanın sabiq üzvü Lionel Messinin Çempionlar Liqasında 13 il əvvəlki performansını təkrarlayıb.
Bizim.Media xəbər verir ki, Rafinya bu mövsüm ÇL-də 12 qol vurub və 7 məhsuldar ötürmə edib.
Kataloniya klubunda son olaraq belə göstəriciyə 2011/2012 mövsümündə Messi imza atmışdı.
O, həmin mövsüm 14 qol vurub və 5 məhsuldar ötürmə edib. Yəni Messi 19 qolun vurulmasında yaxından iştirak edib.
Qeyd edək ki, Çempionlar Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu Kriştiano Ronaldo olub. O, 2013/2014 mövsümündə 17 dəfə frəqib qapısına yol tapıb.
Bizim.Media