Futbol üzrə Türkiyə 1-ci Liqasında 33-cü turun görüşləri keçirilir.
Bizim.Media xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" doğma meydanda "Sakaryaspor"la qarşılaşıb.
Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyuna start heyətində başlayan Vüsal 87-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Boluspor" bu qələbə ilə 48 xalla 8-ci pillədə yer alıb.
Rəşad Rafiqoğlu, Bizim.Media