Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının region mərhələsi çərçivəsində Şəkidə 9-11-ci sinif şagirdləri arasında şahmat yarışı keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, gərgin və maraqlı keçən intellektual mübarizənin nəticələrinə əsasən, Şəkini təmsil edən komanda birinci yerə, Zaqatala komandası ikinci yerə, Balakən komandası isə üçüncü yerə layiq görülüb.
1-ci yerə çıxan Şəki komandası “Zəkaların mübarizəsi” olimpiadasının respublika mərhələsində regionu təmsil edəcək.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu