Güləş üzrə Avropa çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışın üçüncü günündə qadınların mübarizəsinə start verilib.
Azərbaycan millisinin iki idmançısı xalçaya çıxıb. Onlardan biri yarımfinala yüksəlib.
Bu gün həm də sərbəst güləşçilərin çıxışına yekun vurulacaq. Yığmamızın iki pəhləvanı finalda, biri bürünc uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.
Güləşçilərimiz Bratislavadakı çempionatın ilk iki günündə 3 bürünc medal qazanıblar.
Avropa çempionatı
Qadın güləşi
55 kq - Elnurə Məmmədova təsnifat mərhələsindən mübarizəyə başlayıb. O, rumıniyalı Beatris Ferentlə "tuş"la məğlub olub.
59 kq - Alyona Kolesnik 1/4 finalda xalçaya çıxıb. O, Alesiya Hetmanavaya (UWW) 7:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Sərbəst güləş
74 kq - Ağanəzər Novruzov bürünc uğrunda Ramazan Ramazanovla (Bolqarıstan) qarşılaşacaq.
92 kq - Osman Nurmaqomedov qızıl uğrunda Dauren Kuruqliyevlə (Yunanıstan) qarşılaşacaq.
125 kq - Giorgi Meşvildişvili finalda gürcüstanlı Solomon Manaşvilə ilə üz-üzə gələcək.
Bizim.Media