Ukrayna tərəfdaşlarına silahlarını döyüş meydanında sınaqdan keçirməyi təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Ukraynanın beynəlxalq tərəfdaşlara təklif etdiyi imkanlar arasında məhsulların real döyüş şəraitində sınaqdan keçirilməsi və birgə müəssisələr çərçivəsində uzunmüddətli tərəfdaşlıqların inkişafı var", - departamentdən bildirilib.
Bizim.Media