Mövsümün sonunda AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker istefaya göndərilir.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, buna səbəb belçikalı sədrin maaşının həddən artıq yüksək olması, həmçinin son vaxtlar Premyer Liqanın oyunlarında hakimlərin buraxdığı kobud səhvlərdir.
Xüsusilə VAR hakimlərinin istənilən səviyyədə olmaması federasiya rəhbərliyini özündən çıxarıb. Hakimlər Komitəsinin yeni sədrinin isə yerli mütəxəssis olacağı gözlənilir. Bu mənada hazırda hakim-inspektor kimi fəaliyyət göstərən Anar Salmanov və Vüsal Əliyevin adı çox hallanır.
Rəşad Rafiqoğlu, Bizim.Media