Qurban Qurbanov heyətdə köklü dəyişikliyə hazırlaşır

"Qarabağ" bu mövsüm başa çatdıqdan sonra heyətində köklü yenilik edəcək.

Bizim.Media xəbər verir ki, bir sıra futbolçularla yolların ayrılması nəzərdə tutulur.

Belə ki, onların arasında həm yerlilər, həm də legionerlər var.

Əvəzində komandaya bir neçə oyunçunun cəlb edilməsi gözlənilir. Onlar əsasən legionerlərdən ibarət olacaq.

"Qarabağ" müdafiənin mərkəzi, yarımüdafiənin sol və sağ cinahı, orta xətt və hücum xətti üçün futbolçu almağı hədəfləyib. Baş məşqçi Qurban Qurbanovun planında yeni mövsüm üçün əsas heyət üzvü olacaq ən azı beş futbolçunun alınması var.

Bizə çatan xəbərə görə, xüsusən yeni transferlər Emmanuel Addai, Aleksey Kaşuk, köhnə futbolçulardan Bəhlul Mustafazadə, Bədavi Hüseynovun bu mövsüm uğursuz oyunu, Juninyonun gedişindən sonra hücumun mərkəzində yaranan ciddi boşluq baş məşqçi Qurban Qurbanovu çox məyus edib. Dayaq yarımmüdafiəçilərindən Patrik Andrade də əvvəlki formasından uzaq düşüb. Onlara əvəzləyici lazım olduğunu məşqçi heyəti qəbul edir.
 

Amma o, Kadinin bu qış "Qarabağ"a transferini uğurlu sayır. Yenidən Ağdam klubuna qayıdan braziliyalı meydana çıxdığı səkkiz Premyer Liqa matçında beş qol vurub, iki qolun ötürməsini verib. Onun günbəgün əvvəlki formasına qayıtması məşqçi heyətini sevindirməklə yanaşı, klubu əlavə pleymeyker almaq yükündən azad edir.


Qurban Qurbanovun heyətə əl gəzdirmək niyyəti isə komandanın bu mövsüm Avroliqada uğursuz çıxışıdır. Komanda Liqa mərhələsində 36 komanda arasında sonuncu yeri tutub. Bir çox oyunçu fiziki və psixoloji baxımdan yorulub ki, bunu Q.Qurbanov ad çəkmədən özü də mətbuat konfranslarında etiraf edib.

Onu da qeyd edək ki, bir müddətdir "Qarabağ" rəsmi və qeyri-rəsmi səviyyədə legioner futbolçular və onların klubları ilə danışıqlara başlayıb. İlkin razılığı alınan var. Lakin klubu tərəfindən yüksək təzminat tələb edənlər də var ki, onların şərti "Qarabağ"ı razı salmır. (Qol.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kuba ABŞ-ın hücumuna hazırlaşır

Kuba ABŞ-ın hücumuna hazırlaşır

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

End of content

No more pages to load

RADİO