Millidən kənarlaşdırılan QAPIÇI: “Hazırlıq üçün tez gəldiyim halda heyətdən kənardayam”

"Məsələ komanda daxilində olmuşdu və komandanın sirri idi, daxildə də qalmasının tərəfdarı idim. Amma açığı məsələnin bu qədər böyüməsi və jurnalistlərin marağının olması mənə təəccüblü gəldi".

Bizim.Media xəbər verir ki, bunu futzal üzrə Azərbaycan yığmasının heyətindən uzaqlaşdırılan Rövşən Hüseynli deyib.

Təcrübəli qapıçı sosial şəbəkə hesabında paylaşım edərkən, komandanın düşərgəsində baş verənlərə aydınlıq gətirib: "Son 4 mövsümdür legioner həyatı yaşayıram və yaxşı nəticələrim olub. Qazaxıstan çempionatında mövsümündə Top-5 heyətində ən yaxşı qapıçı, turun oyunşusu, bir matçda en çox seyv nominantlarına layiq görülmüşəm, bundan başqa qapıçı olsam da etdiyim dubl və oyunlarda qollar və ötürmələr etmişəm.

Hazırki çempionatda qapıçılar arasında qol+asist sisteminde lider olsam da, mənimlə, bu nəticələrlə maraqlanan görmədim. Əksinə Rövşənin intizamsızlığı yazıldı, zəng və sms-lərin sayını isə unutmuşam. Rövşən Alesio ilə gərginlik yaşadı və yenə eyni hal. Səbəb? Bu arada Alesio ile baş verənlər zamanı sakitliyimi qorudum. Çünki komandanın daxilində problemler olur, amma görürəm bu məsələ yenə gündəmə gətirilib. Adını qoyublar ki, Rövşən millidə kapitanlığa gorə söz-söhbət yaradıb. Hansı ki, əvvəlcə müəyyən narazılıqlar var idi, sadəcə bu gün səbir kasası daşdı. Rövşən Vətəninə, bayrağına himninə, əynindəki formaya hörmətə görə narazılıq etdi.

Bunu həmin vaxt mənimlə bərabər soyunub-geyinmə otağında olan hər bir oyunçu deyə bilər. Aprelin 6-da plan əsasında klubunda bərpa prosesi keçib, ayın 7-də millinin düşərgəsinə qoşulmalı idim. Məşqçi və klub rəhbərliyi ilə danışdım və anlayışla qarşılayıb məni bərpa prosesdən azad etdilər. Legioner həyati yaşayıram komandaya daha tez qoşulmaq və ailəmi görmək üçün bu addımı atdım.

Aprelin 6-da gecə Astana-Baki reysi ilə gəldim və komandanın axşam məşqində iştirak etdim. Məşqdən sonra məlum məsələləri deyib sabah məşqə qoşula biləcəyimi soruşdum. Yox cavabı aldım. Fikrimi deyib anlayış gözlədim. Hazırlıq üçün tez gəldiyim halda intizamsızlığa görə heyətdən kənardayam. Hər zaman millidə layiqincə xidmət etmişəm və dəvət olunduğum müddətdəcə bunu göstərəcəm".

Qeyd edək ki, millinin baş məşqçisi Vitali Borisov Rövşən Hüseynli isə intizam qaydalarını pozduğuna görə düşərgədən kənarlaşdırılıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

End of content

No more pages to load

RADİO