Türkiyə Superliqasının 29-cu turunda “Beşiktaş” “Qalatasaray”ı qəbul edib.
Bizim.Media xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçmiş birinci hissədə komandalar hərəyə bir qolla fərqləniblər.
Oyun gedişində Qalatasarın oyunçusu Frankovski qırmızı vərəqə alaraq meydandan qovulub.
İkinci hissədə “ağ-qaralar” hesabda irəli çıxıblar. Qələbə qolunu Gedson Fernandes vurub. Beləliklə, oyun “Beşiktaş” 2-1 hesabı ilə “Qalatasaray”I məğlub edib.
Bizim.Media