Neftçi" və "Araz-Naxçıvan" komandaları arasındakı Azərbaycan Premyer Liqasının XXVIII tur oyunundan sonra dava düşüb.
Bizim.Media xəbər verir ki, qonaq komandanın kapitanı Ürfan Abbasovla yerli azarkeşlər arasında münaqişə yaranıb. Kapitanın cavabı vəziyyəti daha da gərginləşdirib.
İnsidentə "Neftçi"nin keçmiş futbolçusu, hazırda "Araz-Naxçıvan"da oynayan Qara Qarayev də müdaxilə edib.
Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Bizim.Media