“Qarabağ”ın futbolçusu Nəriman Axundzadənin Norveçin “Molde” klubuna keçmək ehtimalı ilə bağlı məlumat vermişdik.
Bizim.Media xəbər verir ki, futbolçunun keçidi baş tutmayacaq. Doğrudan da Axundzadənin transferi ilə bağlı danışıqlar aparılıb. Sadəcə olaraq tərəflər konkret razılığa gələ bilməyiblər.
Norveçdə isə transfer pəncərəsi bağlandığından Nəriman Ağdam klubunda qalası olub. Ancaq “Molde” millimizin üzvünün oyununu nəzarətdə saxlayacaq. İstisna deyil ki, yay transfer dövründə klub yenidən “Qarabağ”la danışıqlara başlasın.
Rəşad Rafiqoğlu, Bizim.Media