Milli komandanın düşərgəsində zədələnən “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin son durumu açıqlanıb.
Bizim.Media xəbər verir ki, təcrübəli qolkiper ən azı 1 hərtə yaşıl meydanlardan uzaq qalacaq.
Ancaq bu müddətdən sonra da, qapıçının vəziyyəti tam ayrdınlaşmayacaq. Həkimlərin rəyinə əsasən onun məşqlərə hansı müddətdən sonra başlayacağı müəyyənləşəcək.
Qeyd edək ki, zədə səbəbindən Şahruddin Məhəmmədəliyev millimizin Belarusla oyununda iştirak edə bilməmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media