Rumıniyanın “Petrolul” komandası yeni baş məşqçisini açıqlayıb.
Bizim.Media xəbər verir ki, 39 yaşlı çalışdırıcı türkiyəli mütəxəssis Mehmet Topalla anlaşıb. O, 3 ay əvvəl bu komandadan ayrılmışdı.
“Petrolul” Rumıniya çempionatında 30 turdan sonra 40 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media