Rəqiblərinə göz açmağa imkan verməyən güləşçilərimiz: 10 idmançı, 9 medal - FOTO

Azərbaycanın gənc sərbəst güləşçiləri Avropa çempionatında rəqibsizdirlər. Onlar bu dəfə Albaniyanın paytaxtı Tiranada keçirilən qitə birinciliyində rəqiblərinə göz açmağa imkan verməyiblər. Sərbəst güləş üzrə U-23 yığmamız bütün rəqiblərini üstələyərək, komanda hesabında Avropa çempionu olub. Özü də ardıcıl dördüncü dəfə. İlk dəfə 2022-ci ildə U-23 Avropa çempionatında titula sahib çıxan sərbəst güləşçilərimiz artıq dörd ildir ki, baş mükafatı özündə saxlayır.

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:



Bir qızıl, dörd gümüş və dörd bürünc medal

Sərbəst güləş yığmamız Tiranaya 10 idmançı ilə yollanmışdı. Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Murad Haqverdiyev (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Fərid Cabbarov (79 kq), Arseniy Djioyev (86 kq), Sadiq Mustafazadə (92 kq), Abdulcəlil Şabanov (97 kq) və Yusif Dursunov (125 kq) Azərbaycanın idman şərəfini layiqincə təmsil etdilər.

Albaniya paytaxtında on idmançımızdan doqquzu fəxri kürsüyə çıxmağı bacardı. Ümumilikdə komandamız yarışı bir qızıl, dörd gümüş və dörd bürünc medalla başa vurdu. Millinin tərkibində Arseniy Djioyev qızıl, Ceyhun Allahverdiyev, Kənan Heybətov, Ağanəzər Novruzov və Fərid Cabbarov gümüş, Rəhman İmanov, Murad Haqverdiyev, Sadiq Mustafazadə və Yusif Dursunov isə bürünc medal qazandı.



Rekord göstəricilərlə parlaq nailiyyət

Milli komandanın budəfəki uğuru rekord göstəricilərlə əlamətdar oldu. Güləş yığmamız həm topladığı xala, həm medalların, həm də finalların sayına görə öz rekordunu yenilədi.

Belə ki, yığmamız ilk dəfə bu yarışda on çəkidən doqquzunda medal qazandı. İlk dəfə beş sərbəst güləşçimiz qitə birinciliyinin finalında güləşdi. Komandamız yekun sıralamada 169 xal toplamaqla özünün yeni xal rekordunu müəyyənləşdirdi. Bu, həm də digər komandalar üzərində əzici üstünlüyün olması anlamın gəlir. Belə ki, millimiz ən yaxın izləyicisi olan Türkiyəni 52 xal qabaqladı. Ukrayna 104 xalla üçüncü yeri tutdu.

Ardıcıl inkişaf

Gənc sərbəst güləşçilərimizin son illər keçdiyi yola nəzər saldıqda, karyera yüksəlişi göz önündədir. Belə ki, onların hər biri nəticələrini daha da yaxşılaşdırmağı bacarıb. Tiranada çempion olan Arseniy Djioyev karyerasında ilk qızıl medalı əldə edir. O, ötənilki analoji yarışda üçüncü yeri tutmuş, eyni zamanda Avropa çempionatında bürüncə sahib çıxmış və U-21 dünya çempionatında gümüş medal qazanmışdı.



Gümüş medalçı Ceyhun Allahverdiyev 2023-cü ildəki U-20 Avropa çempionatından sonra indi də 23 yaşlılar arasında ən güclülərdən olduğunu sübut etdi. Kənan Heybətov 2024-cü ildə olduğu kimi yenə çempionluğun bir addımlığından döndü. O, 2022-ci ildə 20 yaşadək sərbəst güləşçilərin Avropa çempionatında ən güclü adını qazanmışdı. Ağanəzər Novruzov isə 17 yaşlılar və 20 yaşlılar arasında Avropa çempionatlarındakı bürünc medallardan sonra bu dəfə daha böyüklər arasında gümüş qazana bildi. Digər finalçı Fərid Cabbarov ilk dəfə böyük yarışda medal qazandı. Daha əvvəl U-20 və U-23 yığmalarında təmsil olunan idmançı fəxri kürsüyə yüksələ bilməmişdi.

Bürünc medalçılarımıza gəlincə, Rəhman İmanov 2023-cü ildəki yarışdakı uğursuzluqdan sonra özünü inkişaf etdirərək mükafat qazandı. 21 yaşlı Sadiq Mustafazadə və 19 yaşlı Yusif Dursunov isə qazandıqları bürünc medalla gələcəklərinin parlaq olacağının işarəsini verdilər.



Qarşıda nə var?

Gənc güləşçilərimizi qarşıda daha bir mötəbər turnir gözləyir. Oktyabrda Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatı keçiriləcək. Son Avropa çempionu olan komandamızdan orada da gözləntilər böyükdür. Yığmanın baş məşqçisi Xetaq Qazyumov bildirib ki, gənclərimiz dünya çempionatında özlərini sübut etməlidirlər. Bu dəfə finala çıxıb gümüşlə kifayətlənən pəhləvanlarımızdan Serbiyada çempionluq gözlənilir. Qısası, gənc güləşçilərimiz Tiranadan sonra Novi Sadı fəth etməyə hazırlığa indidən başlamalıdırlar.



İdmançılarımızın potensialı isə daha artığına imkan verir. Pəhləvanlar ölkəsi Azərbaycan hər zaman güləş yarışlarında əsas favoritlərdəndir. Gənc idmançılar hazırkı nəticələri ilə kifayətlənməməli, bu günə qədərki ardıcıl yüksəlişi davam etdirərək daha böyük uğurlara fokuslanmalıdırlar. Tezliklə onlar böyüklər arasında Avropa və dünya çempionatlarına qatılacaqlar. Ən böyük gözlənti isə, təbii ki, Olimpiya Oyunları ilə bağlıdır. Güləşdə uzun illərdir davam edən Olimpiada qızılı həsrətinə məhz bu nəslin son qoyacağına inam böyükdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyada güclü zəlzələ oldu

Avropada ən çox driblinqi kim edib?

Avropada ən çox driblinqi kim edib?

Gürcüstanın sabiq müdafiə naziri SAXLANILDI

Gürcüstanın sabiq müdafiə naziri SAXLANILDI

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - FOTO

Rəsmi Moskva vətəndaşlarını bu ölkəyə səfər etməməyə ÇAĞIRDI

Rəsmi Moskva vətəndaşlarını bu ölkəyə səfər etməməyə ÇAĞIRDI

Maradonanın cırılmış forması rekord məbləğə satıldı - FOTO

Maradonanın cırılmış forması rekord məbləğə satıldı - FOTO

Xankəndi Məhkəməsinin yeganə qadın hakimi odur

Xankəndi Məhkəməsinin yeganə qadın hakimi odur

Qaxa qar yağdı, yollar buz bağladı - VİDEO

Qaxa qar yağdı, yollar buz bağladı - VİDEO

“Araz Naxçıvan” Qara Qarayevlə yollarını AYIRDI – FOTO

“Araz Naxçıvan” Qara Qarayevlə yollarını AYIRDI – FOTO

Arayikgilin məhkəməsi son söz çıxışları ilə davam etdirilib - FOTO

Arayikgilin məhkəməsi son söz çıxışları ilə davam etdirilib - FOTO

Dövlət sifarişi ilə istehsal ediləcək 10 film müsabiqənin növbəti mərhələsinə keçdi - SİYAHI

Dövlət sifarişi ilə istehsal ediləcək 10 film müsabiqənin növbəti mərhələsinə keçdi - SİYAHI

Zelenski ABŞ rəsmiləri ilə sülh istiqamətində mümkün addımları müzakirə edib

Zelenski ABŞ rəsmiləri ilə sülh istiqamətində mümkün addımları müzakirə edib

"Fənərbağça" Şimanski ilə SAĞOLLAŞIR?

"Fənərbağça" Şimanski ilə SAĞOLLAŞIR?

“Övladlarım geyimlərimi bəyənmir”

“Övladlarım geyimlərimi bəyənmir”

“Araz Naxçıvan” qış hazırlığını harada keçirəcək? – Klubdan AÇIQLAMA

“Araz Naxçıvan” qış hazırlığını harada keçirəcək? – Klubdan AÇIQLAMA

AZAL təyyarəsinin qəzası ilə bağlı aralıq hesabat AÇIQLANDI

AZAL təyyarəsinin qəzası ilə bağlı aralıq hesabat AÇIQLANDI

Sertifikasiyaya hazırlaşan müəllimlərin NƏZƏRİNƏ

Sertifikasiyaya hazırlaşan müəllimlərin NƏZƏRİNƏ

DTX-nın saxladığı Saleh Səmədovun həbs müddəti UZADILDI

DTX-nın saxladığı Saleh Səmədovun həbs müddəti UZADILDI

Voleybolçumuz Yunanıstan kuperkubokunun QALİBİ OLDU

Voleybolçumuz Yunanıstan kuperkubokunun QALİBİ OLDU

Film kimi HADİSƏ: Oğurladıqları bankomatı qaçarkən itirdilər - VİDEO

Film kimi HADİSƏ: Oğurladıqları bankomatı qaçarkən itirdilər - VİDEO

Daxili qoşunların komandanını Prezident vəzifəyə TƏYİN EDƏCƏK

Daxili qoşunların komandanını Prezident vəzifəyə TƏYİN EDƏCƏK

Dörd bürc yuxarıdan güclü bir siqnal alacaq

Dörd bürc yuxarıdan güclü bir siqnal alacaq

End of content

No more pages to load

RADİO